Bacısıoğlunun qulağından tutub Bakıya gətirən Diniyev

20 Dekabr 2018 17:24 Güləş 878
Bacısıoğlunun qulağından tutub Bakıya gətirən Diniyev

Şahin Diniyevin əsli-kökü Yardımlıdandı.

Sadəcə, ikinci dünya müharibəsindən sonra babası işləmək məqsədi ilə Beyləqana köçüb, məskən salıb.

Futbol sahəsində olan nə qədər Diniyev varsa, elə Şahin müəllimlə bağlıdı.

Güləş üzrə sonuncu dünya çempionu Eldəniz Əzizli isə Diniyevin bacısı oğludu. Onun idmana gəlişi də Şahin Diniyevlə bağlıdı.

Diniyev hər rayona gedəndə eşidirmiş ki, Eldəniz belə yıxdı, belə vurdu.

Öz təbirincə desək, Eldənizi qulağından tutub gətirir Bakıya və olimpiya çempionu Fərid Mansurovun məşqçisi Elçin Cəfərova təhvil verir ki, bax gör, bunun dilinə görə dilçəyi var, ya yox?

Və bu gün onu ilin ən yaxşı idmançısı kimi mükafatlandırır. Xronologiya onu göstərir ki, bəzən insan həyatını zərgər dəqiqliyi ilə edilmiş kiçik bir toxunuş dəyişdirir.

ELGİZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti