“Qəbələ” İdman Klubunun təmsilçisi Sənan Şükürov növbəti uğuruna imza atıb.
Sportunfo.az xəbər verir ki, o, qol güləşi üzrə Azərbaycan kubokunda fərqlənib.
Şükürov 80 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Bütün rəqiblərini məğlub edən Sənan ölkə kubokunun qalibi adını qazanıb.

