Azərbaycan sərbəst güləş milli komandasının baş məşqçisi Firdovsi Umudov vəzifəsindən istefa verəcək.
Sportinfo.az xəbər verir ki, o, yaxın günlərdə qərarını mətbuata açıqlayacaq.
Lakin Umudov Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti postunda qalacaq. Bu barədə “qafqazinfo”ya açıqlama verən məşqçi yaxın günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib:
“Bu barədə məndən soruşublar. Hazırki vəziyyətdə işimiz Azərbaycan güləşinə xidmət etməkdir. Məşqçi, baş məşqşçi və vitse-prezident kimi fərq etməz.
Əsas odu ki, güləşimizin uğurları üçün çalışacam. Hazırda işimin başındayam və tələbələrim var.
Onların məşqçisiyiyəm, hara gedirəm? On dörd ildi ki, məşqçiyəm, yaxın günlərdə açıqlama verəcəm".

