Milli komanda yarışında 3-cü oldu, şəxsidə 3 qızıl və 2 gümüş qazandı

23 Noyabr 2018 08:12 Güləş 455
Milli komanda yarışında 3-cü oldu, şəxsidə 3 qızıl və 2 gümüş qazandı

İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilərin “Day of children” turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, millimiz qrupda İran-1 kollektivinə 3:7 hesabıyla uduzsa da, eyni hesabla Ermənistana qalib gəlib.

Bu nəticə ilə qrupda 2-ci yeri tutan bizimkilər İran-2-ni də (7:3) məğlub edərək, 3-cü yer tutublar.

Şəxsi mübarizədə böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun komandasında Ruslan Abdullayev (38 kq), Ramik Heybətov (48 kq) və Məhəmmədəli Quliyev (57 kq) qızıl, Mahir Məmmədov (44 kq) gümüş medal qazanıb.

Görüşlərin idarə edilməsində 2-ci dərəcəli beynəlxalq hakim Zaur Şərifov yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti