İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında “Day of children” turniri keçiriləcək.
Komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Ruslan Abdullayev (38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi 41 kq), Mahir Məmmədov (44 kq), Ramik Heybətov, Nurəddin Novruzov (hər ikisi 48 kq), Ağanəzər Novruzov (52 kq), Məhəmmədəli Quliyev (57 kq), Namus Orucov (62 kq), Səttərxan Allahverdili (68 kq), Varis Mehdizadə (75 kq) və Xəlil Allahverdiyevdən (85 kq) ibarət kollektiv təmsil edəcək.
Sportinfo.az xəbər verir ki, yığmamız İran-1 və Ermənistanla eyni qrupda yer alıb. Digər qrupda İran-2, İran-3 və Gürcüstan qərarlaşıb.

