Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün qadınların mübarizəsinə start verilib.
Azərbaycan yığmasının dörd üzvündən ikisi xalça üzərinə çıxıb. Səbirə Əliyeva mundiala inamlı başlayıb. Güləşçimiz təsnifat mərhələsində cəmi 38 saniyəyə ukraynalı idmançıya tuşe ilə qalib gəlib.
Ancaq növbəti mərhələdə Kanada təmsilçisi Əliyeva üzərində eyni formada qələbə qazanıb. Türkan Nəsirova isə 1/8 finalda rusiyalı rəqibinə uduzub.
50 kq
1/8 final - Türkan Nəsirova - Nadejda Sokolova (RUS) 5:11
76 kq
1/4 final - Səbirə Əliyeva - Qreysili Duqan (CAN) 2:7 (tuşe)
Təsnifat - Səbirə Əliyeva - Anastasiya Şustova (UKR) 2:0 (tuşe)

