Həbib Nurməhəmmədov bir döyüşdən 50 milyon dollar qazanacaq

5 Noyabr 2018 17:48 Güləş 632
Həbib Nurməhəmmədov bir döyüşdən 50 milyon dollar qazanacaq

Həbib Nurməhəmmədov növbəti döyüşündən 10-50 milyon dollar arası pul qazana bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə dağıstanlı döyüşçünün meneceri Əli Əbdül-Əziz TMZ telekanalına müsahibəsində deyib.

UFC prezidenti Deyna Uayt da Nurməhəmmədovun növbəti döyüşünə görə mümkün qonorardan danışıb.

Prezident rusiyalı döyüşçünün komandasının tələblərinin yerinə yetiriləcəyi ilə bağlı suala cavab verib: "Əlbəttə. Onlar nəyin real olduğunu yaxşı bilirlər. Bu sualın cavabı onlara məlumdur".

Nurməhəmmədov oktyabrın 6-da UFC 229 turniri çərçivəsində ABŞ-da keçirilən döyüşdə irlandiyalı Konor Makqreqoru məğlub edib. Onun növbəti rəqibi hələlik məlum deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti