Məşhəddə komanda hesabında 3-cü olduq, şəxsidə 6 medal qazandıq

3 Noyabr 2018 00:40 Güləş 517
Məşhəddə komanda hesabında 3-cü olduq, şəxsidə 6 medal qazandıq

İranın Məşhəd şəhərində yeniyetmə sərbəst güləş üzrə Seyid Cəfər Musəvi kuboku sona çatıb.

Sportinfo.az xəbər verir ki, komanda yarışında məşqçi Vahid Məmmədov və Namiq Quliyevin rəhbərlik etdiyi millimiz 3-cü yer uğrunda görüşdə ukraynalı həmkarlarına 7:3 qalib gəlib.

Şəxsi yarışda Murad Haqverdiyev (45 kq), Rəşad Əzizov (71 kq), Abdulcəlal Şabanov (80 kq) qızıl, Elmir Rüstəmov (51 kq), Saqadulla Ağayev (92 kq) gümüş və Sabir Cəfərov (60 kq) bürünc medal qazanıb.

Görüşlərin idarə edilməsində 2-ci dərəcəli beynəlxalq hakim Kamran Əliyev yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti