Azərbaycanın sərbəst güləşçiləri İranın Məşhəd şəhərində noyabrın 1-də start götürəcək yeniyetmələr arasında “Seyid Cəfər Musəvi Kuboku”nda iştirak edəcəklər.
Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, yarış iki gün davam edəcək.
Məşqçi Vahid Məmmədov və Namiq Quliyevin rəhbərliyi altında qonşu ölkədə Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (48 kq), Elmir Rüstəmov (51 kq), Zirəddin Bayramov, Məhəmmədəli Quliyev (hər ikisi 55 kq), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi 60 kq), Cəbrayıl Hacıyev (65 kq), Rəşad Əzizov (71 kq), Abdulcəlal Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) mübarizə aparacaqlar.
Ölkəmizi hakim qismində Kamran Əliyev təmsil edəcək.

