Dünya çempionatında 4-cü yeri tutan milli vətənə döndü

30 Oktyabr 2018 12:24 Güləş 479
Dünya çempionatında 4-cü yeri tutan milli vətənə döndü

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının son günlərində çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan yığması komanda hesabında 4-cü yeri tutub.

Sportinfo.az xəbər verir ki, 60 xal toplayan millimiz yalnız Rusiya (178), Macarıstan (83) və Türkiyədən (75) geri qalıb.

Oktyabrın 29-da axşam saatlarında komanda üzvləri Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənəli qarşılama mərasimi keçirilib.

İdmançıları güləş ictimaiyyəti – mütəxəssislər, veteran, yeniyetmə və gənc güləşçilər, eləcə də yığma üzvlərinin yaxınları və media nümayəndələri qarşılayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti