DÇ-da Azərbaycanın son 3 təmsilçisi erkən məğlub oldu

28 Oktyabr 2018 12:41 Güləş 491
DÇ-da Azərbaycanın son 3 təmsilçisi erkən məğlub oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının 8-ci günündə Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

Sportinfo.az xəbər verir ki, dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev (77 kq) yarışa qələbə ilə başlayıb.

Təcrübəli güləşçi polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Lakin, o, 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisi Aleksandr Çekirkinə uduzub.

Orxan Nuriyev (97 kq) 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisi Melonin Numonviyə məğlub olub.

Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti (130 kq) də ilk mərhələdə ukraynalı Aleksandr Çernetskiyə uduzub.

Bununla da dünya çempionatında Azərbaycan təmsilçilərindən yeganə qızıl medalı yunan-Roma güləşçisi Eldəniz Əzizlinin (55 kq) qazandığı məlum olub.

Daha əvvəl sərbəst güləşçi Cəbrayıl Həsənov (79 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) gümüş, yunan-Roma güləşçisi Rəsul Çunayev (72 kq) və qadın güləşçi İrina Netreba (65 kq) bürünc medal qazanıb. Bu gün daha bir yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) bürünc medal görüşünə çıxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti