Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatında yunan - roma güləşində mübarizəyə start verilib.
Sportinfo.az xəbər verir ki, mundialın altıncı günündə idmançılarımız Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Rəsul Çunayev (72 kq) və Rafiq Huseynov (82 kq) mübarizəyə qoşulublar.
E.Əzizli 1/16 finalda Yoze Andraş (Mcarıstan) üzərində qələbə qazanıb-9:0. O, 1/8 finalda Liquo Çaoyla (Çin) qarşılaşıb və qalib gəlib - 9:0.
İdmançımız növbəti mərhələdə Şota Tanokuraya (Yapaniya) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə o, gürcüstanlı Nuqzar Çurçunini məğlub edərək (6:3) finala yüksəlib. Əzizli bu gün həlledici görüşdə qazaxıstanlı Jolaman Şarşenbekovla qarşılaşacaq.
T.Məmmədov Stq-Arne Berqə (Norveç) qalib gələrək 1/8 finala yüksəlib. O, bu mərhələdə Ermənistan idmançısı Slavok Qalstyanla qarşılaşıb və rəqibini məğlub edib -3:1.
Güləşçimiz növbəti mərhələdə Hassan Məhəmmədlə (Misir) üz-üzə gəlib və gənclərin son dünya çempionatında gümüş medal qazanmış rəqibinə uduzub - 0:3.
Mübarizəyə 1/8 finaldan başlayan R.Çunayev isə Tomoxiro İnuata qalib gələrək (3:1) 1/4 finala yüksəlib. O, bu mərhələdə İran güləşçisi Məhəmmədəli Qrai ilə yarışıb və rəqibini məğlub edib - 6:4.
Çunayev yarımfinalda almaniya Frank Ştablerə uduzub - 1:9. Dünya çempionumuz bürünc medal uğrunda yarışacaq.
R.Hüseynov da mundiala qələbə ilə başlayıb. İdmançımız Daniel Aleksandrova (Bolqarıstan) qalib galib- 4:3. O, 1/4 finalda Səid Murad Abdvaliyə (İran) uduzub - 0:3.

