Bizim Mariya dünya çempionatının finalına yüksəldi

25 Oktyabr 2018 13:36 Güləş 567
Bizim Mariya dünya çempionatının finalına yüksəldi

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, 48 kq çəkidə dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Koreya Xalq Demokratik Respublikasının idmançısı Sonhyanq Kimi məğlubiyyətə uğradıb və gümüş medalı təmin edib - 4:2 .

7 qat Avropa və birqat dünya çempionu olan Mariya finalda mundialın son qalibi yaponiyalı Yui Susaki ilə qarşılaşcaq. 30 yaşlı idmançı 1/8 finalda isveçli Fredrika İda Peterssonu, 1/4-də isə çinli Yanan Sunu üstələyib.

Mübarizəyə qoşulan Elmira Qəmbərova təsnifat mərhələsində, Anjela Doroqan 1/4 finalda, Alyona Kolesnik isə 1/8 finalda məğlub olublar.

Mariya Stadnikin final görüşü bu gün keçiriləcək. Azərbaycanın digər qadın idmançısı İrina Netreba isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti