”Bura qədər irəliləməyimin səbəbi onlardı”

23 Oktyabr 2018 10:00 Güləş 594
”Bura qədər irəliləməyimin səbəbi onlardı”

”Bu, bir ilin yox, dörd ilin əziyyətidi, ona görə də adi medal deyil”.

Sportinfo.az xəbər verir ki, bunu Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qızıl medalçısı Turan Bayramov deyib.

Sərbəst güləşçi Azərbaycana qızıl medal qazandırdığı üçün sevindiyini deyib: ”Qazandığım medal mənim üzərimdə çalışan insanların əziyyətinin nəticəsidi.

Bura qədər irəliləməyimin səbəbi onlardı. Hamısına çox sağ olun deyirəm. Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan Güləş Federasiyasına dərin minnətdarlığımı bildirirəm.

Federasiyamızın rəhbəri Namiq Əliyevə, böyük məşqçi Firdovsi Umudova, Əsgərxan müəllimə, şəxsi məşqçim Aqil İbrahimova öz təşəkkürümü çatdırmaq istəyirəm. Qızıl medal qazanmağımda onların çox böyük əməyi var".

65 kq-da mübarizə aparan idmançı olimpiadada hər qitənin çempionlarının iştirak etdiyini deyib: “Bu, mənim rəqiblərimin az olması ilə nəticələndi.

Demək olar ki, görüşlərim çətin keçmədi. Ən çətin qarşılaşmam İran idmançısına qarşı oldu. Ona da rahatlıqla qalib gəldim.

Turan Bayramov qarşıdakı hədəfinin 2020-ci illdə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu söyləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti