Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazandı

20 İyun 2018 12:12 Güləş 1 046
Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazandı

Macarıstanın Qyör şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət Azərbaycan yığma komandası 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.

Yunan-Roma güləşçilərindən Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. Əli Əlizadə (68 kq) isə bürünc medala yiyələnib.

Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medallara Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) sahib olub.

Görüşləri idarə edənlər arasında azərbaycanlı milli dərəcəli hakimlər Həbub Nurulu və Əli Babayev də yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı