AÇ-da yunan-Roma millisindən 1 qızıl və 1 bürünc, “sərbəstlər”dən 4 medal

19 İyun 2018 09:00 Güləş 863
AÇ-da yunan-Roma millisindən 1 qızıl və 1 bürünc, “sərbəstlər”dən 4 medal

15-17 iyunda Macarıstanın Györ şəhərində yeniyetmələr arasında Avropa birinciliyi keçirilib.

Sportinfo.az xəbər verir ki, məşqçi Namiq Quliyevin rəhbərliyi ilə sərbəst güləşçilərin yarışında 4 medal qazanılıb.

Məmməd Əhmədov (57 kq) yalnız finalda yenilib. Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) bürünc mükafata yetişiblər.

Əbdül Abdullayev (38 kq), Cavid Cavadov (41 kq), Fuad Yunusov (68 kq) 5-ci yerlə kifayətləniblər.

Məşqçi Əfsər Namazəliyevin rəhbərliyi ilə yunan-Roma güləş millimiz 2 medala sahiblənib. Elmir Əliyev (52 kq) finalda rusiyalı bahadıra qalib gəlib. Əli Əlizadə (68 kq) 3-cü yer tutub.

Digər Xəbərlər
Xəbər Lenti