Gənc yunan-Roma güləşçilərimizin Dağıstan sınağı

1 İyun 2018 00:50 Güləş 729
Gənc yunan-Roma güləşçilərimizin Dağıstan sınağı

İyunun 1-3-də Dağıstan respublikasının Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə gənc yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçiriləcək.

Sportinfo.az xəbər verir ki, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi ilə Rusiyaya 15 idmançı yollanıb.

Bunlar Zülfüqar Əliyev, Ağaqulu Quliyev, Xancavad Məcidzadə (hər üçü – 55 kq), Zaur Nuriyev, Əsgər Əlizadə, Həsən Məmmədli (60 kq), Kamran Mirzəliyev, Elnur Musayev (63 kq), Kənan Cəfərov, Məmmədəli Həsənov (67 kq), Nəsir Həsənov (77 kq), Aslan Məmmədov, Xəyal Arazəliyev (82 kq), Nəzərşah Fətullayev (87 kq) və Tarış Əbilovdur (130 kq).

Görüşlərin idarə edilməsində ölkəmizi 3-cü dərəcəli beynəlxalq hakim Bəşir İsazadə təmsil edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti