Azərbaycanın daha bir güləşçisi olimpiadaya lisenziya qazandı

17 May 2018 08:00 Güləş 804
Azərbaycanın daha bir güləşçisi olimpiadaya lisenziya qazandı

Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, qızıl medal qazanan Turan Bayramov həm də oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Bayramov finalda rusiyalı Maqomed Abdulkadirova 9:0 hesabı ilə qalib gələrək, Avropa çempionu olub. Fuad Mayılov (80 kq) və İslam Abuyev (110 kq) gümüş, Əlihəsən Əmirli (48 kq) bürünc medala sahib olub.

Daha əvvəl qadın güləşçi Şahanə Nəzərova (43 kq) da olimpiadaya lisenziya qazanıb. O, Avropa çempionatında finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı