Dünya çempionatına uğursuz başladılar - Güləşçilərimiz

16 Sentyabr 2022 10:00 Güləş 878
Dünya çempionatına uğursuz başladılar - Güləşçilərimiz

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə millinin 4 üzvü çıxış edib.

Coşqun Əzimov (70 kq) 1/16 finalda monqolustanlı Temuulen Enxtuyaya sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Əşrəf Aşırov (79 kq) 1/16 finalda estoniyalı Erik Reinboka 5:2 hesabıyla qalib gəlib. Ancaq həmyerlimiz növbəti mərhələdə ukraynalı Vasili Mixaylovla bacarmayıb - 1:7.

Abubakr Abakarov (86 kq) ilk mərhələdə ukraynalı Xasan Zakariyevi mübarizədən kənarlaşdırıb - 5:4. Lakin 1/8 finalda gürcüstanlı Tarzan Maysuradzeyə uduzub - 1:3.

Aydın Əhmədov (125 kq) təsnifat mərhələsində dünya ikincisi Jivey Denqə (Çin) məğlub olub - 0:5.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar