"Özüm də mənə hansısa iş veriləcəyini ordan-burdan eşidirəm"

24 Yanvar 2022 13:20 Güləş 688
"Özüm də mənə hansısa iş veriləcəyini ordan-burdan eşidirəm"

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov yaxın vaxtlarda karyerasını başa vura bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a 30 yaşlı idmançının özü açıqlamasında bildirib.

Əsgərov səbəb kimi zədələrdən bərpa ola bilməməsini göstərib: "Yenidən ağrıların yaranacağından ehtiyat edirəm. Ona görə nə karyeramı bitirə, nə də davam etdirə bilirəm.

Hələlik fərdi məşqlərlə kifayətlənirəm. Əlbəttə, karyeramı davam etdirmək istərdim. Lakin bel fəqərəmdə 5 sm-lik yırtığın olması mənə çətinlik yaradır".

Əsgərov idmançı karyerasını bitirəcəyi təqdirdə, hansı sahədə çalışacağını deməkdə çətinlik çəkib:

"Düzdür, özüm də mənə hansısa iş veriləcəyini ordan-burdan eşidirəm. Amma rəsmi səviyyədə heç bir təklif almamışam".

Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. "Rio-2016"da və 2010-cu il dünya çempionatında isə o, gümüş medal əldə edib.

2012-ci ildə Serbiyanın paytaxtı Belqradda Avropa çempionu olan idmançı Bakı-2015 I Avropa Oyunlarının da qalibidir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi