Abbasov ermənini məğlub etdi, Fransa klubuna kubok qazandırdı - VİDEO

22 Dekabr 2021 02:00 Güləş 550
Abbasov ermənini məğlub etdi, Fransa klubuna kubok qazandırdı - VİDEO

Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan güləşçisi İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb.

Milli üzvü 2 çəkidə çıxış edib. O, əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0.

Yarışın sonuncu görüşü Abbasovla fransalı Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində Azərbaycanlı idmançının komandası 5:6 hesabıyla geridə olub.

Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub.

Beləliklə, İslam Abbasov Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!