Mikayıl Cabbarov söz verdi: "Əlimdən gələni edəcəm ki…" - FOTOLAR

9 Dekabr 2021 00:50 Güləş 1 003
Mikayıl Cabbarov söz verdi: "Əlimdən gələni edəcəm ki…" - FOTOLAR

"İlk növbədə, federasiya üzvlərinə təşəkkür edirəm.

Göstərilən etimad və güləş ailəsinin üzvü olmaqdan şərəf duyuram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Güləş Federasiyasının prezidenti seçilmiş Mikayıl Cabbarov deyib.

O bildirib ki, güləş Azərbaycan xalqının canında və qanında olan idman növüdür: "Bizim güləşdə Avropa, dünya və olimliya çempuonlarımız var.

Hər idman növündə uğurlar daha da çox ola bilər. İcraiyyə Komitəsinin üzvləri, məşqçilər və mütəxəssislərlə birlikdə bu idman növünün kütləviliyinin artırılmasına çalışacağıq".

M.Cabbarovun sözlərinə görə, digər hədəf idman nailiyyətlərinin əldə olunmasıdır: "Azərbaycanda güləşə olan diqqət və qayğı göz qabağındadır.

Üzərimə düşən məsuliyyəti dərk edərək, qeyd etdiyim mütəxəssislərlə əl-ələ verərək Azərbaycan güləşinin uğur qazanması üçün əlimdən gələni etməyə çalışacağam".

"Hər idman növündə olimpiadada qızıl medal əsas hədəfdir. Azərbaycanın güləş növündən qızıl medal gözləməyə haqqı var.

Qısa müddətdə federasiyamızda İcraiyyə Komitəsi formalaşacaq, daha sonra fəaliyyət planı idman ictimaiyyətinə təqdim ediləcək", - deyə yeni federasiya prezidenti vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti