Azərbaycan çempionatına qatılmayacaq - İki tanınmış sima

25 Noyabr 2021 01:00 Güləş 802
Azərbaycan çempionatına qatılmayacaq - İki tanınmış sima

Azərbaycanın üç məşhur güləşçisi dekabrın 7-də start götürəcək Azərbaycan çempionatında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, sərbəst güləşçilərdən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) ilə olimpiya çempionu Şərif Şərifov (97 kq) yarışa qatılmayacaq.

Hər iki idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra bərpa prosesi keçmələrini səbəb göstəriblər.

Yunan-Roma güləşində isə Rafiq Hüseynov ölkə çempionatını buraxmalı olacaq. 82 çəki dərəcəsində yarışan son dünya çempionu zədə səbəbindən turnirdən kənarda qalacaq.

Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, Hacı Əliyev isə gümüş medal qazanıb. Azərbaycan çempionatı dekabrın 9-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı