Azərbaycanlı "sərbəstilər" DÇ-da ilk rəqiblərini tanıdı

5 Noyabr 2021 02:50 Güləş 527
Azərbaycanlı "sərbəstilər" DÇ-da ilk rəqiblərini tanıdı

Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında sərbəst güləşçilərin yarışında bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışda iştirak edəcək Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib.

Noyabrın 5-də Rzazadə, Bayramov, Yevloyev, Aşırov və İlyasov yarışa start verəcək. Bir gün sonra isə Vəlizadə, Bayramov, Abakarov və Nurəhmədov mübarizəyə qoşulacaq.

57 kq
Təsnifat: Əliabbas Rzazadə - Niklas Steşele (Almaniya)

61 kq
Təsnifat: İntiqam Vəlizadə - Arman Eloyan (Fransa)

65 kq
Təsnifat: Zirəddin Bayramov - Süleyman Karqbo (Sierra Leone)

70 kq
Təsnifat: Murad Yevloyev - Denis Borohan (Ukrayna)

74 kq
Təsnifat: Turan Bayramov - Vadim Kirilenko (Ukrayna)

79 kq
Təsnifat: Əşrəf Aşırov - Batzul Damjin (Monqolustan)

86 kq
Təsnifat: Abubakr Abakarov - Səccad Qulami (İran)

92 kq
1/8 final: Osman Nurməhəmmədov - Andrian Qrosul (Moldova)

97 kq
1/8 final: İslam İlyasov - Şamil Hacıəliyev (Rusiya)

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı