Həsrət dünya çempionu oldu, Ülvi möhtəşəm geridönüş etdi, bürünc qazandı - FOTO

4 Noyabr 2021 00:30 Güləş 445
Həsrət dünya çempionu oldu, Ülvi  möhtəşəm geridönüş etdi, bürünc qazandı - FOTO

Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında bürünc medal görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 72 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada iranlı Amir Abdi ilə üz-üzə gəlib.

İlk hissədən sonra 0:6 hesabı ilə geridə olan Qənizadə möhtəşəm geridönüş edərək yekunda qələbə qazanıb - 12:7.

Həsrət Cəfərov dünya çempionu olub, Ülvi Qənizadə bürünc medal qazanıb

Həsrət Cəfərov isə final görüşünə çıxıb. 67 kq-da mübarizə aparan idmançı İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanıb.

Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan millisi mundialı 1 qızıl və 2 bürünc medalla başa vurub. Ötən gün Nihad Quluzadə (55 kq) dünya üçüncüsü olub. Bu, yığmanın U-23 dünya çempionatları tarixində ən yaxşı göstəricisidir.

Digər Xəbərlər
Xəbər Lenti