Bu gün iki azərbaycanlı qadın dünya çempionatında mübarizə aparacaq

3 Noyabr 2021 15:20 Güləş 512
Bu gün iki azərbaycanlı qadın dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın qadın güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayır.

Sportinfo.az xəbər verir ki, ilk olaraq Şəhanə Nəzərova (50 kq) və Elnurə Məmmədova (55 kq) xalça üzərinə çıxacaq.

Yarışın növbəti günündə isə Tatyana Varansova (53 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) qüvvəsini sınayacaq.

Dünya çempionatı

3 noyabr

50 kq
Təsnifat: Şəhanə Nəzərova - Yunq Lin (Çin Taypeyi)

53 kq
Təsnifat: Tatyana Varansova - Yekaterina Verbina (Rusiya)

4 noyabr

55 kq
1/4 final: Elnurə Məmmədova - Eda Tekin (Türkiyə)

62 kq
Təsnifat: Jalə Əliyeva - Anna Fabian (Serbiya)

65 kq
1/8 final: Birgül Soltanova - Ayna Temirtassova (Qazaxıstan)

Bu gün iki yunan-Roma güləşçisi müdal görüşlərinə çıxacaq. Həsrət Cəfərov (67 kq) finalda İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə üz-üzə gələcək. Ülvi Qənizadə (72 kq) isə bürünc medal qazanmağa çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti