Ermənini məğlub edən azərbaycanlı DÇ-ya aparılmır

16 Oktyabr 2021 16:40 Güləş 698
Ermənini məğlub edən azərbaycanlı DÇ-ya aparılmır

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) noyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək 23 yaşadək güləşçilər arasında dünya çempionatında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov məlumat verib.

Onun sözlərinə görə, Norveçin paytaxtı Oslodokı dünya çempionatında zədələnən idmançı qarşıdakı yarışa aparılmayacaq:

"Cəfərov gürcüstanlı Ramaz Zoifze ilə 3-cü yer uğrunda qarşılaşmada çiynindən güclü zərbə aldı. Müalicəsi davam edir. Ciddi zədə deyil, amma tam sağalmalıdır".

Rusiyalı mütəxəssisin sözlərinə görə, Belqradda son dünya çempionatındakı heyətdən yalnız Ülvi Qənizadə (72 kq) qüvvəsini sınayacaq:

"Norveçdəki yarışda xəstəlik səbəbindən istədiyi kimi çıxış edə bilmədi. Ona Belqradda da şans verməyi düşünürük".

Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionu olub. O, finalda Ermənistan təmsilçisi Sahak Hovannisyana 7:0 hesabı ilə qalib gəlib.

Cəfərov həmçinin Rusiyanın Kazan şəhərində təşkil olunmuş I MDB Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

23 yaşadək güləşçilər arasında dünya çempionatı 1 - 7 noyabrda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!