Azərbaycanlı dünya çempionu: "Görmədiyimiz günləri yaşayırıq"

15 Oktyabr 2021 03:00 Güləş 548
Azərbaycanlı dünya çempionu: "Görmədiyimiz günləri yaşayırıq"

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçisi Rafiq Hüseynov şəxsi instaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı idmançı gənclər və idman naziri Fərid Qayıboya təşəkkürünü bildirib:

"Tarixdə görmədiyimiz günləri yaşayırıq. Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov səhər saat 5-də şəxsən gələrək, öz idmançılarını hava limanında qarşılayır.

Bu, hər rəhbər vəzifəli şəxsə nümunədir və əlbəttə, bizim üçün şərəf, gələcək yarışlarda daha əzmlə çalışmağa vadar edən bir addımdır. Bizə dəyər verdiyiniz üçün təşəkkürlər, cənab nazir".

Digər Xəbərlər
Xəbər Lenti