"Finalı udmağıma nə isə çatmadı, buna da şükür!"

12 Oktyabr 2021 14:40 Güləş 762
"Finalı udmağıma nə isə çatmadı, buna da şükür!"

"Təxminən bir ay belimdəki zədə ilə əlaqədar məşq edə bilmədim.

Hətta dünya çempionatında güləşməmək ehtimalı var idi. Çünki ciddi zədə idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Norveçin paytaxtı Oslodakı dünya çempionatında gümüş medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

77 kq çəki dərəcəsində çıxış edən idmançı müalicəsini davam etdirməklə yanaşı, təlim-məşq toplanışında da iştirak etdiyini xatırladıb:

"Hazırlıq prosesində sparrinqlər əsasən yüngül çəkili güləşçilər oldu. Dünya çempionatında finaladək ən çox çətinlik çəkdiyim qarşılaşma yarımfinal görüşüm oldu. Hesabda 5:0 öndə idim. Səhv üzündən hesab 5:4 oldu".

Süleymanov yarışa gedəndə formada olmadığımı düşünüb:

"Ancaq mübarizəyə başladıqdan sonra çempion ola biləcəyimi anladım. Finalda 1:2 hesabı ilə məğlub oldum.

Nə isə çatmadı, amma buna da şükür. Dünya çempionatında ilk medalımı qazandım. Ancaq qızıl olsaydı, daha yaxşı olardı.

Əvvəllər parterdə xal almağa çətinlik çəkirdim. Son 1 ildə bunun üstündə çox işləyirəm. Bu yarışda da əksər xallarımı parterdən qazandım. Bu da həmin məşqlərin bəhrəsidir”.

Digər Xəbərlər
Xəbər Lenti