Azərbaycan yığması daha bir ilki reallaşdırdı - FOTO

11 Oktyabr 2021 09:20 Güləş 1 060
Azərbaycan yığması daha bir ilki reallaşdırdı - FOTO

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Norveçin paytaxtı Oslodakı dünya çempionatını 3-cü pillədə başa vurub.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yığma 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb.

Rusiya 152 xalla birinci, İran 146 xalla ikinci pillədə qərarlaşıb.

Beləliklə, Azərbaycan komandası 6 illik fasilədən sonra Dünya çempionatında ilk "3-lük"də qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə mundialda 4 medal qazanıb ki, bu da rekord nəticədir.

Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti