Azərbaycan dünya çempionatını 4 medalla bitirdi

11 Oktyabr 2021 00:00 Güləş 457
Azərbaycan dünya çempionatını 4 medalla bitirdi

Azərbaycanı Norveçin paytaxtı Oslodakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal uğrunda görüşə çıxıb.

Sportinfo.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan 19 yaşlı pəhləvanın rəqibi Gürcüstan təmsilçisi Ramaz Zoifze olub.

Rəqibinə 0:8 hesabı ilə uduzan Cəfərov 5-ci yerlə kifayətlənib.

Yunan-Roma güləşçisi Taleh Məmmədov da bürünc medal uğrunda görüşə çıxıb. 63 kq çəki dərəcəsində yer alan 32 yaşlı pəhləvanın rəqibi ukraynalı Lenur Temirov olub. Rəqibinə 4:5 hesabı ilə uduzan Məmmədov 5-ci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası dünya çempionatını 4 medalla başa vurub.

Daha əvvəl Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) da bürünc medalla kifayətlənib.

Qadın güləşçilərdən isə heç biri medal əldə edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti