Şahin Diniyevin bacısıoğlu tarixə necə düşdü?

10 Oktyabr 2021 23:20 Güləş 1 164
Şahin Diniyevin bacısıoğlu tarixə necə düşdü?

Norveçin paytaxtı Oslodakı dünya çempionatında qazandığı bürünc medal Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 55 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə qalxan idmançı güləşin bu növü üzrə Avropa və dünya çempionatlarında əldə etdiyi mükafatların sayını 8-ə çatdırıb.

Bu, Azərbaycanın yunan-Roma güləşçiləri arasında ən yüksək göstəricidir.

Futbol üzrə yığmanın keçmiş baş məşqçisi Şahin Diniyevin bacıısııoğlu olan Eldəniz 2018-ci ildə həm Avropa, həm də dünya çempionu adını qazanıb.

Onun aktivinda 2 dünya və 4 Avropa üçüncülüyü də var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti