Atası ilə məsləhətləşdi: "Millinin məşqçisi olmaq istəyirəm"

10 Oktyabr 2021 21:20 Güləş 708
Atası ilə məsləhətləşdi: "Millinin məşqçisi olmaq istəyirəm"

Sportinfo.az xəbər verir ki, Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov maraqlı açıqlama verib.

82 kq çəki dərəcəsində mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bildirib ki, final qarşılaşmasından öncə atası ilə danışaraq dünya çempionatından sonra karyerasını bitirmək istədiyini deyib:

"Amma atam söylədi ki, dostum, 5-6 ay dincəldikdən sonra yenidən güləşmək istəyə bilərsən. Bilirəm ki, karyeramı bitirməyimi istəmədiyi üçün belə dedi.

Hansı qərarı verəcəyimi bilmərəm. Açığı, millinin məşqçisi olmaq istəyirəm. Lakin federasiya 2024-cü il Paris olimpiadasınadək güləşməyimi istəsə, davam edəcəm.

Güləşi sevirəm. Bu, mənim işim deyil, həyat tərzimdir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti