"İki ay öncə demişdim ki… Və mən bunu etdim!"

10 Oktyabr 2021 13:20 Güləş 471
"İki ay öncə demişdim ki… Və mən bunu etdim!"

"Nəhayət, dünya çempionu oldum. İki ay öncə demişdim ki, bu titulu qazanaraq tarix yazmaq istəyirəm.

Və mən bunu etdim. Artıq yalnız zövq almaq üçün güləşə bilərəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qızıl medal qazanması barədə Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

82 kq çəki dərəcəsində finalda türkiyəli Burhan Akbudakı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı ən çətin görüşünün yarımfinala təsadüf etdiyini söyləyib:

"Çünki rəqibim rusiyalı Adlan Akiyev Avropa çempionudur. Düşünürəm ki, final görüşüm yarımfinal kimi ağır olmadı. Hətta deyərdim ki, asan alındı. Qalib gəldiyim üçün xoşbəxtəm".

Qeyd edək ki, bu, Rafiq Hüseynovun karyerasında ilk dünya çempionluğudur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı