Azərbaycanın qadın güləşçiləri medalsız qaldı - Dünya çempionatı

6 Oktyabr 2021 21:40 Güləş 725
Azərbaycanın qadın güləşçiləri medalsız qaldı - Dünya çempionatı

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal qazanmaq şansını itirib.

Sportinfo.az xəbər verir ki, buna 59 kq-da mübarizə aparan idmançının 1/8 final mərhələsində uduzduğu belaruslu Kristina Sazıkinanın həlledici qarşılaşmaya vəsiqə qazana bilməməsi səbəb olub.

Beləliklə, Kolesnik təsəlliverici görüşlərə qatıla bilməyəcək.

Alyona Kolesnikin ilk görüşü 1/8 final mərhələsinə təsadüf edib.

O, belaruslu Kristina Sazıkinaya 4:8 hesabı ilə uduzub. Sazıkina finaladək irəliləyə bilməsə, Kolesnik bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılma şansını da itirəcək.

Azərbaycanın daha 2 təmsilçisi - Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti