Azərbaycan güləşçisi DÇ-da bürünc uğrunda görüşə çıxacaq

3 Oktyabr 2021 15:40 Güləş 1 131
Azərbaycan güləşçisi DÇ-da bürünc uğrunda görüşə çıxacaq

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı Deyvid Teylorla (ABŞ) üz-üzə gəlib.

Qarşılaşmadan məğlub ayrılan Abakarov bürünc medal uğrunda görüşə çıxacaq. O, sabah Əhməd Aybuyev (Fransa) / Boris Makoyev (Slovakiya) cütünün qalibi ilə güləşəcək.

Azərbaycanın digər iki təmsilçisinin yarışı medalsız başa vuracağı dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar