İdman naziri daha bir federasiyaya baş çəkdi, ona deyildi ki… FOTOLAR

24 Sentyabr 2021 02:10 Güləş 704
İdman naziri daha bir federasiyaya baş çəkdi, ona deyildi ki… FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının (AGF) fəaliyyəti ilə tanış olub.

Sportinfo.az xəbər verir ki, tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, onlar üçün yaradılmış şəraitlə yaxından maraqlanıb.

Daha sonra F.Qayıbov federasiyanın maddi-texniki bazasına baxış keçirib.

AGF-nin prezident əvəzi, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Namiq Abdullayev, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və güləş federasiyasının baş katibi Orxan Məmmədov iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!