Azərbaycan millisinin baş məşqçisi: "Allah görür ki..."

28 İyul 2021 09:20 Güləş 704
Azərbaycan millisinin baş məşqçisi: "Allah görür ki..."

"Uşaqlar, prinsipcə, hazırlıqlıdırlar və yaxşı formaya çatıblar.

Onlar məhz medal qazanmağa kökləniblər. Bu səbəbdən, ümidvarıq ki, uşaqlar yaxşı çıxış edəcək və medallarla qayıdacaqlar".

Sportinfo.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanov Tokio Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Rusiyalı mütəxəssisin fikrincə, nəticələr uğurlu olacaq: "Ölkənin, yunan-Roma güləşinin adına çalışıb-vuruşacağıq.

İşimizi, necə hazırlaşdığımızı Allah da görür. Buna görə də hər şeyin yaxşı olacağını düşünürük".

Digər Xəbərlər
Xəbər Lenti