Avropaya səs salan Vətən Müharibəsi iştirakçısı - FOTOLAR

21 Aprel 2021 12:40 Güləş 1 277
Avropaya səs salan Vətən Müharibəsi iştirakçısı - FOTOLAR

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatında ikinci günə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sərbəst güləşçilərin ilk medal günündə 5 dəst mükafat öz sahibini tapıb.

Azərbaycan millisinin 5 pəhləvanı həlledici görüşə çıxıb.

Güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) bürünc medal uğrunda görüşdə belaruslu Aryan Tsiutrinlə qarşılaşıb.

Son saniyələrdə sevimli fəndini uğurla yerinə yetirən (2:2) təmsilçimiz karyerasında ilk dəfə böyüklər arasında Avropa üçüncüsü olub. Vətən müharibəsinin iştirakçısı olan Xaşalov güləş xalçasına qayıtdıqdan sonra ilk nüfuzlu yarışda Avropa çempionatının bürünc medalını qazanıb.

65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə Andrey Sviridlə (Ukrayna) gərgin mübarizə şəraitində keçən qarşılaşmada sevinən tərəf olub – 3:2. Nəticədə o, ardıcıl ikinci dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Böyüklərin Avropa çempionatında debüt edən Turan Bayramov (70 kq) finaladək rəqib tanımayıb. Həmyerlimiz həlledici görüşdə İsrail Kasumovla (Rusiya) üz-üzə gəlib. Təəssüf ki, Bayramov uğurlu seriyasını davam etdirə bilməyib. 1:3 hesabı ilə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

Finalın bir addımlığında büdrəyən Rəşad Yusifli (79 kq) bürünc medal uğrunda görüşdən də məğlub ayrılıb. O, Alans Amirovsla (Latviya) qarşılaşmada hesabda öndə olsa da, sonda 3:4 hesabı ilə uduzaraq, çempionatı mükafatsız başa vurub.

Yığmamızın heyətində günün son görüşünə isə Şamil Zubairov çıxıb. 97 kq çəkidə mübarizə aparan milliləşmiş legioner təsəlliverici qarşılaşmada Radu Lefterə (Moldova) 14:9 qalib gəldikdən sonra 3-cü yer uğrunda Elizbar Odikadze (Gürcüstan) ilə güləşib.

O da məğlubiyyətdən qaça bilməyib (0:5) və yarışı medalsız bitirib. Beləliklə, millimiz ilk medal gününü 1 gümüş və 2 bürünc medalla başa vurub.


news_image
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı