Millimizin Avropa çempionatı üçün heyəti - ADLAR BURADA

17 Aprel 2021 23:00 Güləş 1 467
Millimizin Avropa çempionatı üçün heyəti - ADLAR BURADA

Qadın güləşi üzrə Azərbaycan milli komandasının Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, aprelin 18-də baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında 5 xanım pəhləvan səfərə çıxacaq.

Azərbaycanı Mariya Stadnik (50 kq), Tatyana Varansova (53 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.

Yarışın proqramına əsasən, aprelin 20-də qadın güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Stadnik, Manolova və Əliyeva, aprelin 22-də Varansova ilə Netreba mübarizəyə start verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda