Qadın güləşçilərimiz təsnifat turnirini 1 medalla başa vurdular

21 Mart 2021 01:52 Güləş 1 098
Qadın güləşçilərimiz təsnifat turnirini 1 medalla başa vurdular

Azərbaycanın qadın güləşçisi Tatyana Omelçenko Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 62 kq-dakı idmançı medal uğrunda görüşdə Türkiyə təmsilçisi Elif Yeşilırmaka qalib gəlib.

Leyla Qurbanova (53 kq) və Elis Manolova (68 kq) isə müvafiq olaraq Moldova təmsilçiləri Yuliya Leorda və İrina Ringaciyə uduzaraq, "bürünc" şansını əldən veriblər.

Azərbaycanı turnirdə təmsil edən 5 qadın güləşçidən heç biri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti