UEFA Azərbaycan klubunun oyununun vaxtını dəyişdirdi

15 Noyabr 2020 18:20 Futzal 622
UEFA Azərbaycan klubunun oyununun vaxtını dəyişdirdi

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində “Araz” (Azərbaycan) və AEK (Yunanıstan) arasında keçiriləcək oyunun tarixi dəyişdirilib.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, sözügedən matç əvvəlki tarixində- 29 noyabrda yox, 28 noyabrda baş tutacaq.

Afinada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Bu oyunun qalibi 1/16 final mərhələsinə yüksələcək.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!