Azərbaycan çempionuna Afinada yer verdilər - FOTO

3 Noyabr 2020 15:00 Futzal 448
Azərbaycan çempionuna Afinada yer verdilər - FOTO

Futzal üzrə Çempionlar Liqasında ilkin mərhələnin oyunlarının vaxtı və yeri dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, koronavirus pandemyası üzündən yeni formatda keçiriləcək turnirdəki təmsilçimiz “Araz”ın Yunanıstan AEK-i ilə görüşünün başlama vaxtı da müəyyənləşib.

Azərbaycan çempionunun qarşılaşması noyabrın 29-da baş tutacaq. Görüş Afinadakı “Dais Sports Hall”da təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İlkin mərhələnin 23 cütü bir oyundan ibarət duellərdə qalibi müəyyənləşdirəcək. Bu komandalar 1/16 finalda ilkin raunddan azad olan 9 kluba qoşulacaq.

Xəbər Lenti