"Barselona" Çempionlar Liqasının qalibi oldu

12 Oktyabr 2020 13:37 Futzal 1 143
"Barselona" Çempionlar Liqasının qalibi oldu

"Barselona" futzal üzrə Çempionlar Liqasının qalibi olub.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi finalda "El Poso"nu məğlubiyyətə uğradıb - 2:1.

Barselona 2012 və 2014-cü ildən sonra tarixində üçüncü dəfə nüfuzlu mükafata sahib çıxıb.

Onlar yarımfinalda müvafiq olaraq, Rusiyanın KPRF və "Tümen" komandalarını üstələyiblər.

III yer uğrunda görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə KPRF daha dəqiq olub - 3:1.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”