Onlar Azərbaycan millisini necə tanıyır?

11 Sentyabr 2020 00:00 Futzal 916
Onlar Azərbaycan millisini necə tanıyır?

Futzal üzrə Azərbaycan millisi final mərhələsi 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə turnirindəki rəqibləri Slovakiya və Moldova ilə bir neçə dəfə üz-üzə gəlib.

Sportinfo.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yığmamız indiyə qədər bu komandalarla yalnız seçmə mərhələlərdə və yoxlama görüşlərində qarşılaşıb.

Çünki Slovakiya və Moldova dünya və Avropa çempionatlarının final mərhələsində çıxış etməyiblər.

Futzalçılarımız Slovakiya yığması ilə 1996, 2014, 2016-cı illər Avropa çempionatlarının və 2020-ci il dünya çempionatının əsas və elit raund mərhələsi çərçivəsində qarşılaşıb. Keçirilmiş 6 görüşdən 3-də Azərbaycan, 1-də Slovakiya futzalçıları qalib gəlib. İki matç isə heç-heçə başa çatıb.

27.10.1995 AÇSO Slovakiya – Azərbaycan 2:0

30.03.2013 AÇSO Slovakiya – Azərbaycan 1:2

15.09.2015 AÇSO-pley-off Azərbaycan - Slovakiya 3:1

22.09.2015 AÇSO-pley-off Slovakiya – Azərbaycan 1:1

26.10.2019 DÇƏM Azərbaycan – Slovakiya 2:0

01.02.2020 DÇER Slovakiya – Azərbaycan 3:3

Moldova millisi ilə biri rəsmi, yeddisi isə yoldaşlıq oyunlarında və beynəlxalq turnirlərdə qarşılaşmışıq. 8 görüşdən yalnız birində rəqib penaltilər seriyası ilə qələbə qazanıb. Qalan 7 oyunda sevinən tərəf futzalçılarımız olub.

30.03.2004. YO. Moldova – Azərbaycan 1:3

31.03.2004. YO. Moldova – Azərbaycan 4:5

28.01.2009. BT. Azərbaycan – Moldova 4:2

14.02.2013. BT. Azərbaycan – Moldova 6:1

23.04.2015. BT. Moldova – Azərbaycan 1:1, pen. 1:0

29.03.2017. YO. Azərbaycan – Moldova 6:1

30.03.2017. YO. Azərbaycan – Moldova 3:2

23.10.2019 DÇƏM Azərbaycan – Moldova 3:1

Qrupumuzdakı digər komandanın kimliyi hələ bəlli deyil. Çünki Türkiyə ilə Yunanıstan yığmaları pley-off oyunlarında qarşılaşacaq və qalib gələn tərəf millimizin yer aldığı qrupda mübarizə aparacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!