UEFA Azərbaycanı Ermənistanla eyni qrupa düşməyə qoymadı

2 Sentyabr 2020 18:34 Futzal 1 253
UEFA Azərbaycanı Ermənistanla eyni qrupa düşməyə qoymadı

Futzal üzrə AVRO-2022-nin püşkatma mərasimi zamanı maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, püşkün nəticəsində Azərbaycan yığması 2-ci qrupa düşüb.

Lakin bu qrupda Bolqarıstan - Ermənistan cütü yer aldığı üçün millinin qrupu dəyişib. Nəticədə Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibinin olduğu 3-cü qrupa düşüb.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşə bilməz. Avropa çempionatının seçmə mərhələsində qrup oyunları dekabrın 6-da başlayacaq və 2021-ci il aprelin 14-də yekunlaşacaq.

Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. İkinci yerin sahibləri arasında ən zəif göstəriciyə malik iki komanda isə pley-off görüşündə üz-üzə gələcək. Bu oyun 2021-ci ilin noyabrında gerçəkləşəcək.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!