Azərbaycan yığmasının AÇ rəqibləri - PÜŞKATMA

2 Sentyabr 2020 16:14 Futzal 821
Azərbaycan yığmasının AÇ rəqibləri - PÜŞKATMA

Futzal üzrə Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda III qrupda mübarizə aparacaq.

Yığma Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə üz-üzə gələcək. AVRO-2022-nin final mərhələsi yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.

1-ci qrup

San Marino/Danimarka, Xorvatiya, Albaniya, Ukrayna

2-ci qrup

Bolqarıstan/Ermənistan, Fransa, Gürcüstan, Rusiya

3-cü qrup

Türkiyə/Yunanıstan, Azərbaycan, Slovakiya, Moldova

4-cü qrup

İngiltərə/Şimali Makedoniya, Rumıniya, Serbiya, Bosniya və Herseqovina

5-ci qrup

İsrail/Kipr, Qazaxıstan, Macarıstan, Belarus

6-cı qrup

İsveçrə/Almaniya, İspaniya, Latviya, Sloveniya

7-ci qrup

Monteneqro/Litva, İtaliya, Belçika, Finlandiya

8-ci qrup

Polşa, Portuqaliya, Norveç, Çexiya

Oyun günləri

2 - 11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)

6 - 9 dekabr 2020

25 yanvar - 3 fevral 2021

1 - 10 mart 2021

5 - 14 aprel 2021.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı