Millimiz AVRO-2022-nin A səbətində

19 Avqust 2020 14:50 Futzal 1 298
Millimiz AVRO-2022-nin A səbətində

Sentyabrın 2-də futzal üzrə AVRO-2022-nin seçmə qrup mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, mərasimdən öncə qitənin ali futbol qurumu milli komandaları reytinq cədvəlinə uyğun olaraq səbətlərə bölüb.

Yığmamız A səbətində yer alıb. Bu isə o deməkdir ki, həmin səbətdə yer alan komandalar qrup mərhələsində rəqib olmayacaqlar.

Ümumiyyətlə, A, B, C qruplarının hər biri 8 komandadan təşkil edilib. Norveç D səbətində yer alıb. İlkin mərhələdən pley-off oyunlarına vəsiqə qazanan komandalar isə E qrupunda cəmləşiblər.

Püşk zamanı komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Yəni qruplara hər səbətdən bir komanda daxil ediləcək. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq.

Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Bu görüş 2021-ci ilin noyabrında keçiriləcək. AVRO-2022-nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.

Püşkatma mərasimi sentyabrın 2-də Bakı vaxtı ilə saat 15:15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutacaq.

Xəbər Lenti