Azərbaycanda №1

6 İyul 2020 18:34 Futzal 1 242
Azərbaycanda №1

Futzal üzrə Yüksək Liqada 2019/2020-ci il mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Araz” 15 dəfə hamıdan güclü olub.

Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.

Bu, sayca 27-ci ölkə çempionatı idi. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odur ki, ilk çempionat 1993-cü ilin payızında təşkil olunub.

İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:

MÖVSÜM ÇEMPİON

1993 “Nicat” (Bakı)

1994/95 “Azadə”

1995/96 “Avtomobilçi”

1996/97 “Avtomobilçi”

1997/98 “Avtomobilçi”

1998/99 “Azərneftyanacağ”

1999/00 “Azərneftyanacağ”

2000/01 “Turan AIR”

2001/02 “Turan AIR”

2002/03 “Tribut”

2003/04 “Turan AIR”

2004/05 “Araz”

2005/06 “Araz”

2006/07 “Araz”

2007/08 “Araz”

2008/09 “Araz”

2009/10 “Araz”

2010/11 “Araz”

2011/12 “Araz”

2012/13 “Araz”

2013/14 “Araz”

2014/15 “Khazar Islands”

2015/16 “Araz”

2016/17 “Araz”

2017/18 “Araz”

2018/19 “Araz”

2019/20 “Araz”.

Xəbər Lenti