“Ajax”ı Azərbaycan çempionu elan etdilər

8 İyun 2020 21:00 Futzal 877
“Ajax”ı Azərbaycan çempionu elan etdilər

Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Sportinfo.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və qərarlar qəbul olunub.

Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019/2020 mövsümü başa çatdırılıb.

Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunub.

Yüksək Liqa ilə bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA